Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda GÜAM üzvü olan ölkələrin turizm üzrə qurum rəhbərləri səviyyəsində V iclası keçirilib
26.06.10 03:28

Bu gün Bakıda GÜAM üzvü olan ölkələrin turizm üzrə qurum rəhbərləri səviyyəsində V iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkənin turizm sektorunda aparılan islahatlar barəsində danışaraq görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, bu günkü iclas GUAM ölkələri tərəfindən hazırlanmış yeni layihəyə həsr olunub. Onun sözlərinə görə, layihə məhz Yaponiya turistlərinin mütəşəkkil şəkildə GUAM ölkələrinə gətirilməsi və onlar üçün lazımi xidmətlərin səviyyəsini təmin etməklə yanaşı, hər bir ölkənin mədəniyyəti, adət-ənənələri, mətbəxi ilə tanış etməkdən ibarətdir. Nazir bildirib ki, bu gün respublikada eyni zamanda 5 ədəd 5 ulduzlu beynəlxalq otel tikilir.İclas zamanı Yaponiya ilə birgə GUAM vahid turizm məhsulunun yaradılması, GUAM turizm portalının yaradılması, turizm sahəsində əməkdaşlığın inkişafına dair məsələlər, birgə turizm məhsulunun həyata keçirilməsi üzrə yol xəritəsinin və GUAM bələdçi kitabçasının yaradılması, GUAM-ın turizm üzrə növbəti iclasının yeri və vaxtının təyin edilməsi və digər məsələlər müzakirə edilib. İclasda GUAM katibliyi, Azərbaycan, Gürcüstan və Moldovanın rəsmi turizm qurumlarının nümayəndələri, Ukrayna və Yaponiyanın Azərbaycandakı səfirliklərinin əməkdaşları iştirak ediblər. İclasın sonunda Bakı Bəyannaməsi, iclasın protokolu və GUAM-Yaponiya birgə turizm məhsulunun inkişaf etdirilməsi üzrə fəaliyyət planı qəbul edilib.
URL / WWW
http://kelam.az/article/a-1508.html