Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK: “Attestat alan abituriyentlər attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidirlər”
24.06.10 19:11

Cari ildə attestat alan abituriyentlər elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasında attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Cari ildə attestat alan hər bir abituriyent (ümumi təhsil müəssisələrini 2010-cu ildə bitirən abituriyentlər və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər) müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməlidirlər. Attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir. Yalnız bundan sonra abituriyentlər müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini çap edə biləcəklər.
URL / WWW
http://kelam.az/article/a-1505.html