Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Orta məktəbin IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlanıb
25.06.10 02:10

Təhsil Nazirliyi IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Nazirlikdən KƏLAMİNFO-ya verilən məlumata görə, nəticələr www.edu.gov.az saytında yerləşdirilib. Nazirliyin internet ünvanında şagirdlər imtahan fənləri üzrə şəhadətnamələrinə yazılacaq qiymətlər haqqında məlumatlar əldə edə bilərlər. Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. Bakı şəhərində təhsil alan şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil alanlar Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil alanlar Abşeron rayon Təhsil Şöbəsinə və digər yerlərdə təhsil alanlar da müvafiq təhsil şöbələrinə müraciət edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-1504.html