Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Vüqar Səfərli: “Mətbuatın 135 illiyi ilə əlaqədar regionlarda silsilə tədbirlər keçiriləcək”
25.06.10 03:17

Mətbuatın 135 illiyi ilə əlaqədar Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu gələn ayın əvvəlindən etibarən bölgələrdə tədbirlərə başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Fondun sədri Vüqar Səfərli bildirib. V.Səfərli qeyd edib ki, ilk tədbir Zərdab rayonunda keçiriləcək. “Ardıcıl olaraq gələn ay Yevlax, Gəncə, Zaqatala, Xaçmaz, Lənkəran və Naxçıvanda da tədbirlər təşkil olunacaq. İyulun 22-də Bakıda Milli Mətbuatın 135 ili günündə bu qəbildən olan sonuncu tədbir keçiriləcək”,-deyə V.Səfərli vurğulayıb. V.Səfərli bildirib ki, təşkil olunacaq tədbirlərdə ölkədə fəaliyyət mətbuat oqrqanlarının mövcud vəziyyəti və inkişaf yolları müzakuirə olunacaq. Qeyd edək ki, Azərbaycanda Milli Mətbuatın 135 illiyinin keçirilməsi ilə əlaqədar ölkə prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalanıb.
URL / WWW
http://kelam.az/article/a-1500.html