Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov: “Hazırkı “status-kvo” heç kimi qane etmir”
23.06.10 19:02

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın iddia etdiyi kimi heç də dondurulmuş deyil. Bunu son günlər cəbhə xəttində baş verən insident də təsdiq edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E.Məmmədyarov qeyd edib ki, baş verən insident münaqişənin dondurulmuş olmamasını bütün dünyaya bir daha xəbərdar etdi. “Hərbi ritorikadan Azərbaycanın geri çəkilməsi üçün ilk növbədə torpaqlar işğaldan azad olunmalıdır. Həmsədrlər müharibəyə şans verməməyə çağırırlar. Lakin bunun üçün Ermənistan ordusu işğal etdikləri Azərbaycan ərazilərindən çıxmalıdır. Bu proses nə qədər tez başlansa, hamı üçün yaxşı olar. Hazırkı “status-kvo” heç kimi qane etmir. Nə qədər ki, torpaqlar işğal altındadır, nə sülh, nə müharibə vəziyyətidir, belə insidentlər baş verə bilər. Səngərdə olan hər bir əsgər özünü müharibə anında hiss edir. Ermənistan güc tətbiq etməmək barədə bizimlə hansısa saziş imzalamaq istəyir. Artıq gücdən istifadə olunub və bunun nəticələri aradan qaldırılmalıdır. Nə qədər imkan var Ermənistan tərəfi konstruktiv danışıqlara keçməlidir. Bu hamı üçün yaxşı olar”,-deyə E.Məmmədyarov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1497.html