Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MM-in komitə sədri Əli Hüseynov Bürüsselə səfərə gedib
23.06.10 19:02

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulan ölkələrin parlament birliyi – Avronest PA-nın tərəfdaş dövlətləri nümayəndə heyəti rəhbərlərinin görüşündə iştirak etmək üçün bu gündən iyunun 25-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisin mətbuat xidmətindən veriblər. Avropa Parlamentində keçiriləcək tədbirdə Azərbaycanla yanaşı Gürcüstan, Ermənistan, Ukrayna, Moldova təmsilçiləri və Avropa Parlamentinin deputatları iştirak edəcəklər. Toplantıda Avronest PA-nın təsis və prosedur sənədləri, qurumun işinin təşkili və digər məsələlər müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-1496.html