Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Həsənov: “Milli mətbuatın 135 illiyi ilə əlaqədar xüsusi tədbirlər planı təsdiq olunaraq icraya yönəldilib”
23.06.10 19:02

Azərbaycan hökuməti mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bəzi tədbirlər həyata keçirməyi düşünür və bunlar, tədricən həyata keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov Azərbaycan Prezidentinin milli mətbuatın 135 illiyinin geniş qeyd olunması ilə bağlı imzaladığı Sərəncamdan sonra Prezident Administrasiyasına, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna və Mətbuat Şurasına birgə tədbirlər planı hazırlamaq, mətbuat sahəsində xüsusi seçilən mətbuat orqanlarına və nümayəndələrinə prezident mükafatının verilməsi ilə bağlı tapşırıqların verildiyini bildirib. Ə.Həsənov qeyd edib ki, Sərəncamdan sonra PA-nın rəhbəri, akademik Ramiz Mehdiyevin imzası ilə xüsusi tədbirlər planı təsdiq olunaraq icraya yönəldilib. Onun sözlərinə görə, həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarına Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı xüsusi tapşırıqlar verilib və hazırda həmin tapşırıqlar icraya başlanma ərəfəsindədir. Ə.Həsənov yaxın zamanlarda respublikanın bütün ərazisində mili mətbuatın inkişafı ilə bağlı tədbirlərə başlanılacağını da vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1495.html