Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA-nın şöbə müdiri: “Azərbaycanda şəffaf, demokratik, ədalətli parlament seçkiləri keçiriləcək”
24.06.10 03:56

Seçkidən əvvəl mütamadi olaraq bəzi siyasi partiyalar, yaxud siyasi partiya funksionerləri həqiqətə uyğun olmayan, seçki haqqında ictimai rəyi çaşdıran, beynəlxalq ictimaiyyətdə Azərbaycan seçkiləri haqqında mənfi rəy formalaşdıran fikirlər səsləndirirlәr. Açığını deyim ki, biz, bunlardan çox məyus oluruq. Çünki bu cür sözlər seçki praktikasının təkmilləşdirilməsi və Azərbaycanda seçki institutlarının fəaliyyətininin formalaşdırılması ilə uyğunsuzluq təşkil edir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Belə fikirlərin heç bir əsasının olmadığını diqqәtə çatdıran Ə.Həsənov bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq, beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində Azərbaycanda şəffaf, demokratik, әdalәtli parlament seçkiləri keçiriləcək. “Seçkilərdə iştirak etmək istəyən hər bir namizədin, siyasi partiyanın, ictimai qurumun hüquqları təmin olunacaq. Seçki prosesinin şəffaflığının təmini üçün bütün müşahidə institutlarının, müşahidə aparan qrupların fəaliyyətinə tam şərait yaradılacaq, seçicilərlə seçilənlər arasında tam şəffaf münasibətlər qurulacaq”,-deyə Ə.Həsənov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1494.html