Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Rusiya prezidenti ABŞ-da səfərdədir
23.06.10 19:02

Bu gün Rusiya prezidenti Dimitri Medvedev ABŞ-a səfər edib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda D.Medvedev San-Fransiskoda “Twitter” internet şəbəkəsinin təsisçiləri ilə görüş keçirir. Rusiya prezidentinin Kaliforniyanın “Silikon vadisində” digər yüksək texnologiya nümayəndələri ilə də görüşəcəyi bildirilir. D.Medvedevin Stanford universitetində çıxışı da gözlənilir. Rusiya prezidenti ölkəsinin xam məhsul istehsalçısından intellektual mərkəzə çevrilməsini istəyir. Kaliforniyadan sonra Vaşinqtonda həmkarı Barak Obama ilə görüşdən sonra, hər iki prezident Kanadaya Böyük 8-lik və 20-liyin sammitinə gedəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1493.html