Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Asim Mollazadə Ağ Evdə Qarabağ və regional təhlükəsizlik məsələlərini müzakirə edib
23.06.10 19:02

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Ağ Evdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Cənubi Qafqaz məsələləri üzrə direktoru Bricit Brinklə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DİP-dən veriblər. Görüşdə Azərbaycan-ABŞ münasibətləri, Cənubi Qafqaz regionundakı vəziyyət, buradakı lokal münaqişələr, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın Xəzər hövzəsinin enerji təhlükəsizliyində oynadığı rol müzakirə olunub. A.Mollazadə xanım Brinkə ölkələrimiz arasındakı hazırkı münasibətlərin daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib. Eyni zamanda bölgədə sülhə və inkişafa mane olan münaqişələrin həllində ABŞ-ın səylərini artırmasının vacibliyinə toxunub. A.Mollazadə Ermənistanın sülhyaratma prosesinə mane olduğunu, bununla da özünü regionun ümumi inkişafından, mühüm enerji layihələrindən təcrid etdiyini Ağ Ev təmsilçisinin diqqətinə çatdırıb. Partiya sədri Azərbaycanın Xəzər hövzəsində, regional enerji təhlükəsizliyində oynadığı rola nəzər salıb. B.Brink də öz növbəsində Azərbaycanın regionda ABŞ üçün çox vacib ölkə olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-1491.html