Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Azərbaycanda dövlət qulluğunun hüquqi, mənəvi-psixoloji əsasları” mövzusunda elmi-parktiki konfrans keçirildi
24.06.10 03:01

Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) dövlət qulluqçularının peşə bayramı və Beynəlxalq Dövlət Qulluğu Günü münasibətilə “Azərbaycanda dövlət qulluğunun hüquqi, mənəvi-psixoloji əsasları” mövzusunda elmi-parktiki konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən DİA-nın rektoru, professor Seyfəddin Qəndilov Azərbaycanda bayram kimi qeyd olunan bu günun əhəmiyyətindən danışıb. Müstəqilliyimizin ilk illərində dövlət qulluğuna, dövlət qulluqçularına münasibətdə çox böyük yanlışlığa yol verildiyini diqqətə çatdıran S.Qəndilov bildirdi ki, bu da, o zamanlar Azərbaycana rəhbərlik edənlərin təcrübəsizlik və səriştəsizliyindən irəli gələn münasibət olub. S.Qəndilov qeyd etdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra bir çox istiqamətdə olduğu kimi, dövlət qulluğu sahəsində də səliqə-səhman yaradıldı, dövlət qulluğu sistemi və onun hüquqi bazası formalaşdırlıdı. Dövlət Qullğu Məsələləri üzrə Komissiyanın (DQMK) sədri Bəhram Xəlilov “Azərbaycanda dövlət qulluğunun inkişafı” mövzusunda məruzə ilə çıxış etdi. O, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi işlər, beynəlxalq əməkdaşlıq, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər, gələcək perspektivlər və digər zəruri məsələlərdən bəhs etdi. DİA-nın dosentləri, hüquq elmləri namizədi Əli Rzayev “Azərbaycan Respublikasında dövlət qulluğunun bəzi hüquqi problemləri”, psixologiya elmləri namizədi Bayram Haqverdiyev isə “ Dövlət qulluğunun səmərəliliyinin mənəvi-psixoloji əsasları” mövzularında məruzə ilə çıxış etdilər.
URL / WWW
http://kelam.az/article/a-1490.html