Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan AŞ-nin “Kibercinayətkarlıq haqqında” Konvensiya üzrə Komitəsinin iclasında iştirak edəcək
24.06.10 03:04

İyunun 24-25-də Fransa paytaxtı Paris şəhərində Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiya üzrə Komitənin (T-CY) 5-ci iclası keçiriləcək. Azərbaycanı tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-nin mətbuat xidmətindən veriblər. B.Məmmədov ölkəmizdə bu istiqamətdə görülən işlər barədə iclas iştirakçılarına məlumat verəcək. İclasın gündəliyinə internetdə yurisdiksiya məsələləri, dövlətlərin birgə kibercinayətkarlıqla mübarizəsi, məlumatların qorunması və s. məsələlər daxildir. Həmçinin kibercinayətlərin qarşısının alınması istiqamətində müxtəlif strategiyalar ətrafında fikir mübadilələri aparılacaq. Bundan əlavə iclasda komitənin rəhbəri, onun müavinləri və büro üzvləri seçiləcək.
URL / WWW
http://kelam.az/article/a-1489.html