Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » ADU-da Avstriya kitabxanası açıldı
24.06.10 03:03

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Avstriya kitabxanasının açılış mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, mərasimdə Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqer və bu ölkənin Azərbaycanda yeni təyin olunmuş səfiri Silvia Mayer Kaybiç iştirak ediblər. Əvvəlcə Avstriya kitabxanasının açılış rəmzini bildirən qırmızı lent kəsilib. Açılışdan sonra M.Şpindeleqqer kitabxanaya baxış keçirdi və kitabxananın fəaliyyət istiqamətləri ilə tanış oldu. Daha sonra universitetin İnformasiya Resurs Kompleksində (İRK) Avstriya xarici işlər nazirinin Alman dili fakultəsinin tələbə və müəllim heyyəti ilə görüşü oldu. Görüşdə ilk olaraq Tərcümə fakultəsinin dekanı, dosent Vilayət Hacıyev açılış nitqi ilə çıxış etdi. O,Avstriyalı diplomata ADU-nun rektoru Səməd Seyidovun salamlarını çatdırdı. Alman dili fakultəsinin II-kurs tələbəsi Ülviyə Cəfərova tələbələr adından, Alman dilinin leksikologiyası və üslubiyyətı kafedrasının müdiri, dosent Sevinc Rzayeva isə professor-müəllim heyəti adından ADU-da Avstirya kitabxanasının açılmasına görə nazir M.Şpindeleqqerə minnətdarlıq etdilər. M.Şpindeleqqer kitabxananın açılmasının iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə xidmət etdiyini vurğuladı. Qeyd edək ki, Avstriya kitabxanasının fonduna alman dilində 3000-dək kitab, müxtəlif materiallar daxail edilib.
URL / WWW
http://kelam.az/article/a-1488.html