Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İşğalçı ölkə təşvişə düşüb
22.06.10 17:06

Cəbhə bölgəsində baş verən insidentdən sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rəsmi Bakını danışıqlar prosesini pozmaqda ittiham edib. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, E.Nalbəndyan bunu iyunun 18-də saat 23.30-a yaxın Qarabağın şimalında baş vermiş ciddi insidentdə münasibət bildirərkən söyləyib. Erməni rəsmisinin versiyasına görə, Azərbaycanın 20 nəfərdən ibarət kəşfiyyat qrupu erməni tərəfə keçməyə cəhd göstərib. İnsident zamanı ermənilər tərəfindən 4 hərbçi öldürülüb və 4 nəfər yaralanıb. Ermənistanın XİN rəhbəri baş verənləri yüksək səviyyədə təxribat adlandırıb. E.Nalbəndyan insidentin Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinn üçtərəfli görüşündən bir neçə saat sonra baş verdiyini bildirib. “Müharibəyə başlamaq barədə bəyanatlar ilə danışıqları pozmağın mümkün olmadığına əmin olan azərbaycanlılar prezidentlərin görüşündən dərhal sonra açıq təxribata əl atıblar. Azərbaycan rəhbərliyi iyunun 18-dən 19-na keçən gecə Mardaket (Ağdərə) istiqamətində təxribat əməliyyatı təşkil edib. Bu, danışıqları pozmaq üçün hər şeyə əl atan Bakının əsil simasını bir daha göstərir”,- deyə E.Nalbandyan bəyan edib. Xatırladaq ki, iyunun 18-də saat 23.30 radələrində Tərtərin Çaylı kəndi istiqamətində baş verən atışmada erməni tərəfi ciddi itki verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, atışma zamanı 4 erməni hərbçi öldürülüb, 4-ü isə yaralanıb. Azərbaycan tərəfi də döyüşdə itki verib.
URL / WWW
http://kelam.az/article/a-1487.html