Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Sumqayıtda “Elm, Təhsil, İnformasiya Texnologiyaları” Festivalı işə başlayır
22.06.10 17:06

Bu gün Sumqayıtda “Elm, Təhsil, İnformasiya Texnologiyaları” Festivalı işə başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər. İki gün davam edəcək tədbirdə RİTN-nin, eləcə də digər dövlət qurumlarının əməkdaşları iştirak edəcəklər. Bundan əlavə festivala ali məktəblərin və İKT şirkətlərin nümayəndələrinin də qatılacağı gözlənilir. “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqaməti kimi”, “Dövlət idarəçiliyi yeni mərhələdə - elektron hökumət”, “Xalq kompüteri” layihəsi, “Təhsil müəssisələrinin idarə edilməsində İKT-nin rolu”, “Azərbaycanın təhsil sektorunda həyata keçirilən İKT layihələri”, “İnternetləşmə və Azərbaycan gənclərinin sosial şəbəkələşməsində rolu”, “Tədrisdə yeni imkanlar. Dünya təcrübəsindən istifadə” mövzularında məruzələr dinləniləcək.Festivalın ikinci günündə “Gənc İnformatiklər” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Ali, orta-ixtisas və orta ümumtəhsil məktəblərinin şagird və tələbələri arasında keçirilən müsabiqənin məqsədi məktəblilərin və tələbələrin müasir informasiya və kommunikasiya texnologiyalarına marağını artırmaq və onların İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək, eləcə də tədris müəssisələrində İKT-nin tətbiqini stimullaşdırmaqdır.
URL / WWW
http://kelam.az/article/a-1485.html