Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » YUNESKO-nun Baş Qərargahında Baş Assambleyanın III sessiyası öz işinə başlayır
23.06.10 03:06

Bu gün Fransanın paytaxtı Parisdə, YUNESKO-nun Baş Qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya iştirakçısı olan dövlətlərinin Baş Assambleyasının III sessiyası öz işinə başlayır. Tədbirdə Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi və mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi altında nümayəndə heyəti iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Sessiya zamanı Konvensiyanın fəaliyyət qaydaları nəzərdən keçirilərək, üzv dövlətlər tərəfindən edilmiş dəyişiklikər müzakirə ediləcək. Eyni zamanda sessiyada Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə 12 yeni üzv seçiləcək. Azərbaycan da bu Komitəyə öz namizədliyini irəli sürüb. Namizədliyin dəstəklənməsi ilə bağlı Azərbaycanın bir sıra daxili dövlət qurumları və xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri tərəfindən müvafiq təşviqat işləri aparılıb. Sessiya iyunun 24-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-1483.html