Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Həmsədrlər birgə bəyanat yayıblar
23.06.10 03:05

ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən həftə qoşunların təmas xəttində baş vermiş hadisə ilə bağlı birgə bəyanat yayıb. KƏLAMİNFO ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində güc tətbiq etməsini qəti şəkildə pisləyib və mənasız itkilərə görə təəssüfləndiklərini bildirib. “Azərbaycan və Ermənistan Müdafiə Nazirliklərinin verdiyi məlumatda bildirilir ki, iyunun 18-dən 19-a keçən gecə təmas xəttinin şimal hissəsində ölümlə nəticələnən silahlı toqquşma baş verib. Bu hadisə tərəflər arasında 1994-cü ildə imzalanmış atəşkəs razılığının yolverilməz surətdə pozulmasıdır və tərəflərin sazişdə üzərilərinə götürdükəri öhdəlikərə tamamilə ziddir”,- deyə bəyanatda bildirilir. Sənəddə həmçinin bu hadisənin Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirdikləri üçtərəfli görüşdən dərhal sonra baş verməsi önə çəkilib. Həmsədlər bir daha münaqişənin sülh yolu ilə həllinin nativinin olmadığını və müharibəni problemdən çıxış yolu hesab etmədiklərini vurğulayıblar.
URL / WWW
http://kelam.az/article/a-1481.html