Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu gün Strasburqda AŞ PA-nın yay sessiyası öz işinə başlayır
22.06.10 03:59

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası öz işinə başlayır. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aynur Quliyeva, Aydın Abbasov, Əkrəm Abdullayev və Sabir Hacıyev iştirak edirlər. Toplantıda Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Şimali Qafqazda insan hüquqlarının qorunması, Kosovoda vəziyyət, Avropada qaçqınların vəziyyəti, nizamsız miqrasiyanın qarşısının alınması, Avropada islam, ekologiyanın mühafizəsi, qadınların pensiya təminatının gücləndirilməsi və digər məsələlər müzakirə ediləcək. Deputatlarımız müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər. Tədbirdə təşkilatın Hüquqi işlər və insan hüquqları üzrə komitəsinin məruzəçisi, millət vəkili Rafael Hüseynovun Avropada islam mədəniyyəti ilə bağlı çıxışı nəzərdə tutulur. Tədbir iyunun 25-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-1480.html