Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AVCİYA Lənkəran və Lerikdə seminar keçirdi
21.06.10 17:59

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Milli Məclisə seçkilərlə əlaqədar Lənkəran və Lerik rayonlarında növbəti tədbir keçirib. AVCİYA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, hər iki tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və Seçki Qərargahının əməkdaşı Osman Ağayev məruzə ilə çıxış ediblər. Onlar seminar iştirakçılarına AVCİYA Seçki Qərargahının parlament seçkiləri ilə əlaqədar hazırladığı fəaliyyət proqramı haqqında ətraflı məlumat verib və seçkilərlə bağlı hazırlanmış kirabçaları onlara təqdim edib.Tədbirlərdə həmçinin AVCİYA-nın Lənkəran şəhərində yerləşən regional ofisinin işinin parlament seçkilərinə uyğunlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Lənkəranda keçirilən seminarda AVCİYA-nın regional ofisinin rəhbəri Ceyhun İsmayılov, həmçinin Masallı və Cəlilabad rayonları üzrə koordinatorlar da iştirak edib. Lerikdə keçirilən tədbir AVCİYA-nın rayon üzrə koordinatoru Əhmədağa Ağayevin təşkilatçılığı ilə həyata keçirilib. Bu tədbirdə də AVCİYA Seçki Qərargahının üzvləri və regional ofisin nümayəndələri iştirak edib. Növbəti tədbirin Oğuz və Zaqatala şəhərlərində keçirilməsi planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-1477.html