Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK 6 nəfərin imtahan nəticələrini ləğv edib
21.06.10 17:59

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib. TQDK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 2819 abituriyentdən 670 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 1225 nəfəri müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb. Abituriyentlərdən 5 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunub və onlar imtahana buraxılmayıblar. Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 6 nəfərin köşürməyə yol verdikləri aşkar edilmiş qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.
URL / WWW
http://kelam.az/article/a-1476.html