Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan təbitənin müxtəlifliyində Hirkan möcüzəsi
22.06.10 03:59

Azərbaycan tarixən öz təbii müxtəlifliyinə görə də diqqət mərkəzində olub. Respublika ərazisində təşkil olunan qoruqların ciddi əhəhmiyyətliliyi də məhz ölkə təbitətinin zənginliyindən xəbər verir. KƏLAMİNFO xəbər verir ki, təbitəin belə zənginliklərindən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) media nümayəndələri üçün ekskursiya təşkil etdiyi Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkıdır. Lənkəran ovalıqlarının və Talış dağlarının meşə qurşaqlarında yerləşən Park 1936-cı ildə yerli landşaftın öyrənilməsi və qorunması məqsədi ilə sahəsi 2,91 min ha. olmaqla qoruq kimi yaradılıb. Ərazidə buzlaşmalar olmadığına görə, çoxlu miqdarda qədimi növlər mövcuddur. 2004-cü ildən etibarən isə, ərazi ETSN nəzdində Hirkan Milli Parkı kimi fəaliyyətə başlayır. Park yaranan zaman ərazisi 21435 ha olmuşdusa, hazırda parkın ərazisi genişləndirilərək 40358 ha-ya çatdırılıb. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, eləcə də, tədqiqatlar , turizm və istirahət üçün şəraitin təşkilidir. Milli Park qoruq, yasaqlıq və turizm üçün istifadə olunan ərazilər də daxil olmaqla 3 hissəyə bölünür. Hirkan Milli Parkında 1204 bitki növü var ki, bu da Azərbaycanda olan bitki növlərinin 1/3-i deməkdir. Park ərazisində şabalıdyarpaq palıd, dəmirağac, Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat və s. endemik ağaclar, eyni zamanda, leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən kimi quşlar, həmçinin, bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot kimi vəhşi heyvanlar da mühafizə olunur. Qeyd edək ki, Hirkan Milli Parkına ekskursiya Nazirliyin “Ekologiya ili” çərçivəsində həyata keçirdiyi kompleks tədbirlərin bir hissəsidir və gələcəkdə də bu cür tədbirlər ardıcıl olaraq təşkil edilməsi nəzərdə tutulur. Ölkənin 40-a yaxın aparıcı KİV nümayəndələrinin qatıldığı press-tur zamanı Hirkan Milli Parkının elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov jurnalistlərə park haqqında geniş məlumat verdi və jurnalistləri maraqlandıran suallar cavablandırdı.
URL / WWW
http://kelam.az/article/a-1475.html