Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Elektron təhsil” Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
22.06.10 03:56

Bu gün “Park-İnn” otelində Təhsil Nazirliyi “Elektron təhsil” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb. KƏLAMİNFO xəbər verir ki, təhsil naziri Misir Mərdanov bildirib ki, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində təşkil olunan müsabiqə “Microsoft Azərbaycan”, “İntel”, HP, “Azərfon-Vodafone”, “Mədəd” təşkilatları tərfindən dəstəklənir. M.Mərdanov qeyd edib ki, müsabiqənin məqsədi elektron tədris resursları, internet texnologiyaları tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istitfadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. M.Mərdanov bildirib ki, iki mərhələdə keçirilən müsabiqədə 810 layihə iştirak edib. Bunların arasından 89 nominant seçilib. Müsabiqədə qalib olan 1,2 və 3-cü yerin sahiblərinə noutbuklar və xüsusi mükafatalar təqdim olunub. Digər 20 nəfərə isə qiymətli hədiyyə və diplomlar təqdim oluunub.
URL / WWW
http://kelam.az/article/a-1474.html