Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisdə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu layihəsi qəbul olunub
18.06.10 19:25

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu layihəsi müzakirəyə çıxarılıb. KƏLAMİNFO xəbər verir ki, sənəd barədə məlumat verən Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov üçüncü oxunuşda müzakirəyə çıxarılan "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu layihəsinin normativ hüquqi aktların hazırlanması, rəsmiləşdirilməsi, qəbul olunması, dərc edilməsi, qüvvədə olması, şərhi və sistemləşdirilməsi qaydalarını müəyyən edəcəyini söyləyib."Bu layihəyə Azərbaycan Parlamenti ilə "Tvinniq" proqramı çərçivəsində əməkdaşlıq edən Litva ekspertləri və Avropa Şurasının Venesiya Komissiyası müsbət rəy veriblər. Venesiya Komissiyasının rəyində layihənin müfəssəl hazırlandığı göstərilib. Layihənin qəbulu qanunvericlik sahəsinə böyük fayda verəcək. Xüsusilə də qanun layihəsinin dövlət orqanlarının və ya vəzifəli şəxslərin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar sui-istifadə amilləri ilə bağlı maddələrində dövlət orqanları və səlahiyyətli şəxslər qarşısında ciddi tələblər qoyulub",-deyə Ə.Hüseynov vurğulayıb. Onun sözlərinə görə, qanunun qəbulundan sonra hazırlanacaq qanun layihələrinin qəbulu və icrası məhz bu Konstitusiya Qanununun tələblərinə uyğun həyata keçiriləcək. Müzakirələrdə çıxış edən millət vəkilləri qanun layihəsi ilə bağlı irad və tövsiyyələrini bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-1473.html