Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Cari tədris ilində ali məktəblərə qəbulla bağlı daha çox I ixtisas qrupuna sənəd verilib
18.06.10 19:25

Cari tədris ilində ali məktəblərə sənəd verən abituriyentlərin təhsil səviyyələri üzə sayları artıq bəlli olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə verib. M.Abbaszadə bidirdi ki, bu il daha çox abituriyentlər I ixtisas qrupuna sənəd veriblər. “Ümumilikdə I qrupa 37169 abituriyent sənəd verib. Bunların da 18898 nəfəri bu ilki orta məktəb məzunları, yerdə qalan 16904 nəfərini isə əvvəlki illərin məzunları təşkil edir. Orta ixtisas məktəbi məzunlarından 422 nəfər cari il, 804 nəfəri əvvəlki illəri əhatə edir. Bu qrupda əvvəl ali təhsil almış abituriyentlərin sayı isə 141 nəfərdir. II qrupa isə 28892 nəfər abituriyent sənəd verib. Bunlardan 18560 nəfəri orta məktəbi cari ildə bitirənlər, 9442-ü isə əvvəlki illərdə bitirənlərdir.Bu ixtisas qrupuna sənəd verənlərin 104 nəfəri ali təhsil almış abituriyentlərdir. III qrupa sənəd verən abituriyentlərin ümumi sayı 33706 nəfərdir. Bunlardan da 17077 nəfəri orta məktəbin cari ilki məzunları, 14744 nəfəri isə əvvəli illərin məzunlarıdır. Bu qrupda ali təhsilli olanların sayı 235 nəfərdir. IV qrupda isə cəmi 16107 abituriyent sənəd verib. Bu qrupda orta məktəbin bu ilki mzəunları 9137 nəfər, əvvəlki illərin məzunları isə 6443 nəfərdir. Bu qrupda əvvəl ali təhsil almış abituriyentlərin sayı isə 62 nəfərdir”,-deyə M.Abbaszadə vurğulayıb. TQDK sədrinin sözlərinə görə, ali məktəblərin bakalavr pilləsinə tələbə qəbulu üçün ixtisas seçimi bütün qruplar üzrə cari il iyulun 25-dən avqustun 2-dək aparılacaq. “Ali təhsil müəssisəsi ilə dövlət sifarisi əsasında təhsil alacaq tələbə arasında bağlanacaq fərdi müqavilənin nümunəsi də artıq cap edilib”,-deyə TQDK sədri bildirib. M. Abbasazdə əlavə edib ki, artıq Bakı İslam Universitetinin 100 plan yerinə 65 nəfər sənəd verib.
URL / WWW
http://kelam.az/article/a-1472.html