Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda 2600 nəfər üçüncü ölkədən olan qaçqın var
18.06.10 19:25

Azərbaycanda üçüncü ölkədən olanların sayı 2600 nəfərdir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Komitə sədri qeyd edib ki, 10 il bundan əvvəl isə bu rəqəm 10 minə yaxın olub. Ölkəmizdə olan üçüncü ölkədən olan qaçqınların əkəsəriyyətinin çeçenlərdən ibarət olduğunu diqqətə çatdıran Ə.Həsənov bildirib ki, bu qaçqınlar arasında əfqan, iraq, fələstinli və digər ölkələrin vətəndaşları da olub. Onun sözlərinə görə, çeçenərin bir qismi Türkiyə və digər Avropa ölkələrinə gediblər, qalanları isə beynəxalq təşkilatlardan hərtərfli yardım göstərilməsi üçün Azərbaycan hökuməti tərəfindən tam tövsiyyə olunub. Komitə sədri bildirib ki, çeçenlərlə bağlı yeganə problem onların şəxsiyyətinin müəyyən edilməsidir ki, bununla əlaqədər Rusiya tərəfinə dəfələrlə müraciət oluunb. “Çünki onların hamısı Azərbaycana qeyri-leqal yolla daxil olublar. Bir çeçen də belə dövlət sərhəddindən keçməyib. Ona görə də bununla bağlı Rusiya tərəfinə dəfələrlə müraciət olunub ki, onların şəxsiyyəti müəyyənləşdirilsin”,-deyə Ə.Həsənov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1471.html