Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirildi
18.06.10 19:25

Bu gün Bakıda “Hyatt Regency” otelində 20 iyun-Ümumdünya Qaçqınlar Gününə həsr olunan “Onlar mənim evimi əlimdən aldılar, amma gələcəyimi ala bilməzlər” mövzusunda tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbir BMT-nin Azərbaycandakı nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonino Quterreşin, xoşməramlı səfir Anjelina Jolinin videomüraciətləri, Qaçqınkomun hazırladığı “Vətən həsrəti və sönməyən ümidlər” adlı 13 dəqiqəlik film nümayiş olunub. Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bildirib ki, Azərbaycan artıq 18 ildir məcburi köçkün problemi yaşayır, torpaqlarımızın 20 faizi ermənilərin işğalı altındadır, bir milyonadək insan qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu günədək bir sıra ölkələrin humanitar təşkiltları tərəfindən məcburi köçkünlərə 800 mln dollar dəyərində yardım göstərildiyni xatırladan Ə.Həsənov bu təşkilatlara Azərbaycan hökuməti adından təşəkkürünü bildirdi. Ə.Həsənov qeyd etdi ki, Azərbaycanın iqtisadi imkanları artıqca beynəlxalq donorlar humanitar yardımla bağlı vəsaitlərini azaldırlar. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm beynəlxalq birliyin qaçqın və məcburi köçkünlərə yardım etməsinin əhəmiyyətini vurğuladı. Qaçqın və məcburi köçkünlərin çox ağır şəraitdə yaşamalarına diqqəti çəkən A.S.Nqarm bildirib ki, bu, onların heç də gələcəkdən məhrum olması demək deyil. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev mövzu ilə bağlı fikirlərini bölüşüb.
URL / WWW
http://kelam.az/article/a-1470.html