Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM-da “Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda Dəyirmi masa keçirildi
18.06.10 19:25

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən SAM-ın direktoru Elxan Nuriyev Türkiyə-Azərbayacan mətbuatının rolu və önəmindən danışıb. O bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, KİV-lər arasında da münasibətlər yüksək səviyyədədir. SAM rəhbəri Azərbaycan mətbuatında hər iki dövlətin siyasətinin düzgün qiymətləndirilməsi və işıqlandırılması, bu istiqamətdə mövcud problemlər, onların həlli yollarının media təmsilçiləri arasında əməkdaşlığın artırılması ilə həll olunmasının zəruriliyini vurğuladı. Tədbirdə SAM-ın dəvəti ilə Azərbaycanda səfərdə olan Hürriyet Daily News & Esonomic Review qəzetinin baş redaktoru Devid Din Cadson Türkiyə-Azərbaycan mediasının oxşar və fərqli cəhətlərindən danışdı. Qeyd edək ki, SAM-da keçirilən tədbirin işıqlandırmasına mətbuata 15 dəqqəlik icazə verildi. Dəyirmi masa Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuzun iştirakı ilə müzakirələr formasında qapalı şəkildə davam etdirildi.
URL / WWW
http://kelam.az/article/a-1469.html