Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri: “Magistraturaya qəbulla bağlı imthanın ikinci mərhələsi üçün 6613 bakalavr proqram seçimini təsdiqləyib”
19.06.10 02:25

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbasazdə cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbulla bağlı həftəlik mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, M.Abbaszadə bildirib ki, iyunun 20-də magistraturaya qəbul ilə əlaqədar keçirilicək imtahanın ikinci mərhələsində iştirak etmək üçün 6613 nəfər bakalavrın proqram seçimini təsdiqləyib. Onun sözlərinə görə, bunlardan 5752 nəfəri Azərbaycan, 861 nəfəri isə rus bölməsinin məzunlarıdır. “Bunlardan 4072 nəfəri ali təhsil ocaqlarının bu ilki, 2541 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 40 nəfəri xarici ölkə vətəndaşıdır. Qəbul imtahanı Bakı şəhərində 9, Naxçıvan şəhərində 1 binada keçiriləcək. İmtahanın idarə olunması prossesinə 45 imtahan rəhbəri, 410 nəzarətçi-müəllim cəlb olunub. Keçirləcək imtahanın nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimi aparacaqlar”,-deyən M.Abbaszadə cari ildə magstraturaya qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayının 5252-i olduğunu söylədi. Onun sözlərinə görə, bunlardan 2071-i Yalnız Dövlət Sfarişi (YDS) ilə qəbul aparılan ixtisaslaşmalardır. M.Abbaszadə həmçinin qeyd etdi ki, cari tədris ilində ali və orta ixtisas məktəblərinə qəbulla bağlı “Abituriyent” jurnalının 3-cü sayı da nəşr olunub. “Burada abituriyentlər üçün ixtisas seçimi haqqında elan, qəbul aparılan ixtisasların siyahısı, ali məktəblərdə YDS əsasında tələbə qəbulunun proqnozu və digər müvafiq məlumatlar dərc olunub”,-deyə TQDK sədri əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1467.html