Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “İRƏLİ” İB Almaniyada “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil edəcək
18.06.10 19:25

“İRƏLİ” İctimai Birliyinin Almaniya nümayəndiliyi Almaniyanin Laypziq şəhərində, Laypziq Universiteti tərəfindən ənənəvi olaraq həyata keçirilən “Kosmopolit Laypziq?!” adlı 16-cı Beynəlxalq Tələbə Həftəsi çərçivəsində iyunun 23-də “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”-dən veriblər. Qeyd edək ki, 1994-cü ildən indiyədək təşkil olunan bu tədbirdə ilk dəfə Azərbaycan mədəniyyəti təmsil olunacaq. Gecənin təşkil olunmasinda “İRƏLİ” İB-nin Almaniya nümayəndiliyi Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Laypziq Universiteti ilə sıx əməkdaşliq edir. Tədbirə 200 nəfərə yaxın əcnəbi qonaq dəvət olunub. Qonaqlar əsasən alman və xarici tələbə və professorlardan, eləcə də Almaniya rəsmilərindən ibarət olacaq. Mədəniyyət gecəsinin rəsmi açılış hissəsi Azərbaycan haqqında filmin təqdimatından sonra Almaniyadakı Azərbaycan səfirliyinin birinci baş katibi Fikrət Axundovun nitqi ilə başlayacaq. Daha sonra Almaniyadaki Azərbaycanlıların Koordinasiya Mərkəzinin direktoru Samirə Patzer - İsmayılova çıxış edəcək.
URL / WWW
http://kelam.az/article/a-1466.html