Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Reykyavikdə Azərbaycan Mədəniyyət Günü keçirilib
19.06.10 03:08

Azərbaycanın Böyük Britaniyada yerləşən, eyni zamanda Islandiyada akkreditə olunmuş səfirliyi, Avropa-Azərbaycan Cəmiyyəti və Islandiyada fəaliyyət göstərən “Azəri” İslandiya-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə paytaxt Reykyavikdə yerləşən Borg mehmanxanasında Azərbaycan Mədəniyyət Günü keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya BB-dakı səfirliyimizdən veriblər. Tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Reykyavik ictimaiyyətinin təmsilçiləri, eləcə də bu ölkədə yaşayan həmyerlilərimiz iştirak ediblər. Tədbirdə səfirliyin, Avropa-Azərbaycan Cəmiyyəti və “Azəri” Cəmiyyətinin nümayəndələri çıxış edərək, belə bir mədəni tədbirin İslandiyada keçirilməsinin ölkəmizin zəngin mədəniyyətinin bu ölkədə təbliği baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Sonra 2007-ci ildə ölkəmizdə olmuş islandiyalı jurnalist xanım Qurdun Helqa çıxış edib və ölkəmizdəki məcburi köçkünlərin vəziyyəti ilə bağlı lentə aldığı qısa film nümayiş etdirilib. Daha sonra həmyerlimiz skripkaçı Səbinə Rakçeyevanın rəhbərlik etdiyi ansamblın ifasında klassik musiqi əsərlərindən parçalar ifa olunub. Tədbir çərçivəsində həmçinin Azərbaycan haqqında çoxsaylı məlumat vasitələri, jurnal və broşurlar paylanıb.
URL / WWW
http://kelam.az/article/a-1463.html