Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hidayət Orucov arxiyepiskop Canfranko Ravazi və onu müşayiət edən şəxsləri qəbul edib
18.06.10 03:37

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan Roma Papası yanında Mədəniyyət Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi və onu müşayiət edən şəxsləri qəbul edib. Bu barədə məlumatı DQİDK-nin mətbuat xidmətindən veriblər. Görüşdə H.Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı AR Konstitusiyasında və “Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini tapıb. Komitə sədri ölkəmizdə bütün dinlərə və onların mənsublarına eyni yanaşıldığını söyləyib. Tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişələrin baş vermədiyini diqqtə çatdıran H.Orucov bu ənənənin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir, respublika ərazisindəki mövcud olan xristian məbədləri planlı şəkildə təmir və bərpa olunur, yeniləri tikilir. Bakıya səfərindən məmnun qaldığını bildirən C. Ravazi qeyd edib ki, Azərbaycan bütün dünyaya açıq olan müsəlman ölkələrindən biridir. “Biz onun tolerantlıq ənənələrini yüksək dəyərləndirir və katolik dünyasına tanıtmaq istərdik. Respublikanızda dinə hörmət və dövlət qayğısı, müxtəlif din mənsublarına münasibətdə dözümlülük digər ölkələr üçün, sözün həqiqi mənasında, örnək ola bilər”,-deyə qonaq əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1462.html