Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın parlament nümayəndə heyəti AŞ PA-nın yay sessiyasında iştirak edəcək
18.06.10 02:23

İyunun 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası öz işinə başlayacaq. Tədbirdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev Fransaya səfər edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentin mətbuat xidmətindən veriblər. Toplantıda Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Şimali Qafqazda insan hüquqlarının qorunması, Kosovoda vəziyyət, Avropada qaçqınların vəziyyəti, nizamsız miqrasiyanın qarşısının alınması, Avropada islam, ekologiyanın mühafizəsi, qadınların pensiya təminatının gücləndirilməsi və digər məsələlər müzakirə ediləcək. Deputatlarımız müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər. Tədbirdə təşkilatın Hüquqi işlər və insan hüquqları üzrə komitəsinin məruzəçisi, millət vəkili Rafael Hüseynovun Avropada islam mədəniyyəti ilə bağlı çıxışı nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-1457.html