Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BAMM sədri: “Mətbuat xidmətlərinin ictimaiyyətlə əməkdaşlığı ənənə halını almayıb”
16.06.10 17:34

Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin ictimaiyyətlə əməkdaşlığı sahəsində problemlərin olmasının başlıca səbəblərdən biri ölkədə bu sahədə ənənənin olmamasıdır. Bu barədə Beynəlxalq Mətbuat Klubunun (BMK) Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi” layihəsi çərçivəsində jurnalist təşkilatlarının rəhbərləri ilə aparılan sorğuya cavabında Beynəlaxlq Avrasiya Mətbuat Mərkəzinin (BAMM) sədri Umud Rəhimoğlu söyləyib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Onun sözlərinə görə, Sovetlər dönəmində bu sahə işlək olmadığından indiyə qədər ənənə halını almayıb. “Müstəqllik qazandıqdan sonra, xüsusilə də son illərdə bu sahədə əvvəlki illərdən fərqli olaraq uğurlar nəzərə çarpmaqdadır. Artıq bir sıra dövlət qurumlarında mətbuat xidmətləri məsələlərə kifayət qədər çevik və operativ yanaşırlar. Lakin 10-15 il bundan əvvəl belə bir şeyə rast gəlmək olmazdı. Təəssüf ki, bir çox qurumlarda bu sahədə çatışmazlıqlar yaşanmaqdadır, bu da həmin sahəyə təcrübəsiz yanaşmadan irəli gəlir. Problemin özəyi ondan ibarətdir ki, bu sahədə jurnalistkiada təcrübəsi olan adamlar çalışmalıdır. Artıq əksər qurumlarımızda bu belədir. Ümidvaram digər strukturlar da bundan örnək götürəcək və zamanla bu problemin aradan qalxmasında aktiv olacaqlar”,-deyə BAMM sədri vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1455.html