Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Respublika üzrə II Kukla Teatrları Həftəsi başlayır
17.06.10 03:34

İyun 17-dən 23-dək Qax şəhərində II Kukla Teatrları Həftəsinin keçirilməsi planlaşdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbirdə respublikamızda fəaliyyət göstərən Dövlət Kukla Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Kukla Teatrı iştirak edəcək, sənətsevərlərə 10 tamaşa təqdim olunacaq. Tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə kukla teatrının bu gününə, inkişaf problemlərinə həsr olunmuş Dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. Gələn il Bakıda UNİMA-nın (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) iştirakı ilə kukla teatrları həftəsinin keçirilməsi planlaşdırılır. II Kukla Teatrları Festivalının keçirilməsinin məqsədi eyni zamanda həmin beynəlxalq tədbir ərəfəsində respublika kukla teatrlarında hazırlanmış tamaşalara ölkədaxili baxış mahiyyətini daşıyır.
URL / WWW
http://kelam.az/article/a-1453.html