Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirini qəbul edib
28.10.09 04:04

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəht Əli əl-Dosərini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-dən veriblər. Görüşdə H.Orucov ölkələrimiz arasındakı əlaqələrin işgüzar və qardaşlıq münasibətləri üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Azərbaycanda dövlət-din münasibətləri haqqında, həmçinin “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavələr və dəyişikliklər barədə qonağa məlumat verən komitə sədri qeyd edib ki, ölkəmizin rəhbərliyi müxtəlif din və konfessiya mənsubu olan vətəndaşların dini ayinləri sərbəst icra etmələri üçün bütün imkanları yaradıb. Onun sözlərinə görə, Azərbaycanda formalaşan tolerantlıq ənənələri gün-gündən möhkəmləndirilir. Dini abidələr təmir və bərpa olunur. Ölkəmizdə heç bir dini ayrı-seçkiliyə yol verilmir. Azərbaycanın bütün vətəndaşları öz dini etiqadında azaddır və onun hüquqları dövlət tərəfindən qorunur.Azərbaycanın Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkə olduğunu vurğulayan F. əl-Dosəri bildirib ki, Azərbaycan əhalisinin 96 faizi islam mənsublarıdır. “Bir səfir kimi bu ölkədə yaşamaq və işləmək çox xoşdur. Azərbaycanın son illər qazandığı uğurlar bizi sevindirir”,-deyə səfir əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-145.html