Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Qızılbaş” GMİB “Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində idman yarışı təşkil edib
11.06.10 23:19

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi “Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində Füzuli və Beyləqan rayonlarında yerləşən məcburi köçkün qəsəbələrində məktəblilər arasında idman yarışı təşkil edib. Bu barədə məlumatı QGMİB-dən veriblər. Yarışmaya Füzuli rayonunun Qayıdış qəsəbəsində yerləşən 9 məktəbin və Beyləqan rayonunda yerləşən Xocavənd qəsəbəsinin orta məktəblərinin şagirdləri qatılıb. Yarış şahmat, futbol, voleybol, qaçış, topla qaçış, hündürlüyə tullanma və digər idman növləri üzrə olub. Yarışlar “Təbiəti qoruyaq!” və “Ekologiya və sağlamlıq!” şüarları altında keçirilib. Yarışları hakim qismində adıçəkilən qəsəbənin orta məktəblərinin bədən tərbiyəsi müəllimləri idarə edib. Yarışın sonunda qaliblərə diplomlar təqdim edilib.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1449.html