Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi üçün 5012 bakalavr ərizəsini təsdiqləyib
11.06.10 20:54

Cari il iyunun 20-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi üçün iki imtahan keçiriləcək. Bunların biri Azərbaycan, digəri Rus bölməsi üçündür. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanın ikinci mərhələsində 6861 bakalavrın iştirakı nəzərdə tutulsa da, indiyədək yalnız 5012 bakalavr ərizəsini təsdiqləyib. “Bakalavrların 1849-u hələ də ərizəsini təsdiqləməyib. Bu çox narahatedici haldır. Onlar nəzərə alsınlar ki, proqram seçiminin vaxtı sabah axşam bitir və uzadılmayacaq”-deyə, M.Abbaszadə vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1448.html