Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyəti ilə bağlı ingilis dilində kitab hazırlanıb
12.06.10 03:54

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında ingilis dilində hazırlanan “Culture and cultural masterpieces of Azerbaijan are unique the message to the future generations” (“Azərbaycanın mədəniyyəti və mədəni inciləri gələcək nəsillərə bənzərsiz ərməğandır”) kitabında əksini tapıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Kitabda (8 fəsil) M.Əliyevanın 1995-2009-cu illərdə mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti əks olunur. Kitabın ön sözünün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Kitabda çoxlu sayda maraqlı və ilk dəfə oxuculara təqdim olunan şəkillər verilib. Yaxın günlərdə kitab geniş ictimaiyyətə təqdim olunacaq. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabın elektron versiyası hazırlanır.
URL / WWW
http://kelam.az/article/a-1447.html