Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri: “Ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni hazırdır”
12.06.10 02:54

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul ilə əlaqədar həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə qəbul prosesinin hazırkı vəziyyəti haqqında məlumat verib. O, qeyd edib ki, artıq ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni hazırdır. “Seçimdə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan və III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər. Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün isə qoylan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən ediləcək. İxtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 25-dən avqustun 2-dək internet vasitəsi ilə aparılacaq. Seçmək hüququ olan abituriyent ali təhsil müsəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə biləcək”-deyə, TQDK sədri açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1443.html