Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP Xətai rayon təşkilatı 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirdi
12.06.10 03:54

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən YAP üzvü, parlamentin vitse-spikeri Bahar Muradova müstəqilliyin ilk illərində Azərbaycandakı vəziyyətdən bəhs etdi. B.Muradova bildirdi ki, 1993-cü ilə qədər ölkədə ictimai-siyasi, iqtisadi tənəzzül, xaos, Azərbaycanı çökdürmüşdü. Onun sözlərinə görə, müstəqilliyimizə qarşı əl uzadanların artması ilə paralel Ermənistanın Azərbaycana təcavüzü də xalqı çətin durum qarşısında qoymuşdu. B.Muradova qeyd etdi ki, bu vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev mövcud vəziyyəti təhlil etdi, xalqı ağır vəziyyətdən çıxarmaq üçün ciddi səy göstərdi və buna da nail oldu. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva isə bildirdi ki, o dövr hakimiyyətdə olanların siyasi iradələrindəki boşluqlar xalqı ağır durama salmışdı. Ümummlli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi isə xalq üçün böyük ümidlər oldu, bu günkü Azərbaycanın inkişafı və çiçəklənməsinə zəmin yaratdı. YAP Gənclər Birliyinin üzvü Sitarə Cabbarlı ümummilli lider Heydər Əliyevin sağlığında Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğıdan bəhs etdi.
URL / WWW
http://kelam.az/article/a-1442.html