Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rəbiyyət Aslanova: “Moskvada erməni deputatlar Azərbaycanla Ermənistan arasında ümumi iqtisadi əməkdaşlıq zonası yaradılması təklifi ilə çıxış etdilər”
27.10.09 23:04

Moskvada Rusiya Dövlət Dumasında Azərbaycan və Ermənistan parlamentinin deputatları arasında keçirilən görüşdə erməni millət vəkilləri Azərbaycanla Ermənistan arasında ümumi iqtisadi əməkdaşlıq zonası yaradılması təklifi ilə çıxış ediblər. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı görüşdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü, Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova verib. R. Aslanova bildirib ki, Azərbaycan nümayəndə heyəti isə cavab olaraq Azərbaycan torpaqları işğaldan azad olunmadan belə bir iqtisadi əməkdaşlıq zonasının yaradılmasının mümkün olmayacağını söyləyib. “Biz bildirdik ki, bunun baş tutması üçün ilk öncə Azərbaycan torpaqları işğaldan azad olunmalıdır”,-deyə R.Aslanova əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-144.html