Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “RESURS” İB “Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətin monitorinqi” layihəsinin birinci mərhələsini başa çatdırıb
12.06.10 02:56

“RESURS” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətin monitorinqi” layihəsinin birinci mərhələsini uğurla başa çatdırıb. Bu barədə məlumatı “RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdi-zadə verib. S.Mehdi-zadə bildirib ki, layihənin başlıca məqsədi Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətə təsir edən amillərin müəyyənləşdirilməsi, məişət tullantılarının toplanması və daşınması sahəsində həyata keçirilən fəaliyyətlərin dəstəklənməsidir. Bu məqsədlə xarici təcrübə oyrənilmiş, bu təcrübənin yerli səviyyədə tətbiq olunması üçün hazırlıq işlərinə başlanılmışdır. Paralel olaraq, layihə çərçivəsində nəzərdə tutulmuş ekoloji maarifləndirmə bukleti və posteri hazırlanmış və sakinlər arasında yayılmışdır. Modelin Bakının Sabunçu, Nizami və Xəzər rayonlarının 3 məhəlləsində tətbiqinə hazırlıq işləri görülmüş, məişət tullantılarının ilk mənbədə - evlərdə çeşidlənməsi üçün sakinlərə paylanacaq tullantı qablarınin maketi təsdiq olunmuşdur. “Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətin monitorinqi” layihəsinin ikinci mərhələsində bir çox mühüm işlərin görülməsinin planlaşdırıldığını diqqətə çatdıran S.Mehdi-zadə sakinlər arasında sorğu keçiriləcəyini, seçilmiş məhəllələrdə ekoloji təmizliyə dair əhali ilə müzakirələrin aparılacağını, sakinlərlə görüşlərin keçirilməsi və tullantı qabların evlərdə yerləşdiriləcəyini bildirib.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1438.html