Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » QMİ-də Alman jurnalistləri ilə görüş keçirilib
10.06.10 23:31

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Almaniyadan gəlmiş bir qrup tanınmış jurnalistin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşü keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. “Redaktoin und Alltag” İnformasiya Agentliyi, “Neue Zürcher Zeitung” və “Berliner Zeitung” qəzetinin redaktorları və “WDR”, “Deutsche Welle” kimi tanınmış media qurumları ilə əməkdaşlıq edən bir qrup jurnalist QMİ sədrinin birinci müavini Salman Musayevlə görüş keçiriblər. Görüşdə Bakı və Xəzəryanı bölgənin Yepiskopu Aleksandr, Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov, Avropa Yəhudiləri İcmasının başçısı Gennadi Zelmanoviç və Bakıdakı Katolik İcmasının rəhbəri Vladimir Fekete alman jurnalistlərini Azərbaycanda mövcud dini durumla bağlı məlumatlandırıblar. Görüş iştirakçıları Almaniyalı yazarları maraqlandıran sualları ətraflı cavablandırıblar. Alman jurnalistləri səfərdə əsas məqsədlərinin Almaniya mətbuatında Azərbaycan haqqında müfəssəl məlumat yaymaq olduğunu bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-1436.html