Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » JAM Tərtərdə “Jurnalistlər və insan hüquqlarının işıqlandırılması” mövzusunda seminar keçirib
11.06.10 03:28

Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihə çərçivəsində Tərtər şəhərində “Jurnalistlər və insan hüquqlarının işıqlandırılması” mövzusunda seminar keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya JAM-dan veriblər. Seminarı giriş sözü ilə açan layihənin koordinatoru Seymur Verdizadə insan hüquq və azadlıqları anlayışının geniş məhfum olduğunu bildirərək, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın üzərinə düşən vəzifələrdən danışıb. KİVDF-nin Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli insan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasının vacibliyini qeyd edib. Tərtərdə işıq üzü görən “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Hüseynov region mətbuatının üzləşdiyi problemlərdən danışaraq bu problemlərin həlli yönündə KİV DF-nin fəaliyyətinə ciddi ümid bəslədiklərini dilə gətirib. Beynəlxalq Avrasiya Məıtbuat Fondunun nümayəndəsi jurnalist Rey Kərimoğlu seminarın müharibə zonası olan Tərtər rayonunda keçirilməsi xüsusi ilə əhəmiyyətli olduğunu qeyd edib. O, belə layihələrin regionda həyata keçirilməsini əhalinin insan hüquq və azadlıqlarının müdafiəsi baxımında vacib olduğunu bildirib. “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının” Tərtər Regional bölməsinin rəhbəri Zabil Məmmədov təmsil etdiyi qurumun mətbuatla əməkdaşlığının maraqlı olduğunu söyləyib. O, Tərtər rayonunda mina qurbanlarının və müharibədən zərərçəkənlərin problemlərinin işıqlandırlımasına böyük ehtiyac olduğunu bildirib. Seminarda regonda fəaliyyət göstərən jurnalistlərlə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər və onlar insan hüquqları sahəsində ortaya çıxan problemlərin ictimailəşdirilməsində mətbuatla əməkdaşlıq yollarını müzakirə ediblər.
URL / WWW
http://kelam.az/article/a-1435.html