Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul edib
11.06.10 03:28

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı hazırkı dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib və ölkəmizin müvafiq strukturları ilə Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Avropa Parlamentinin Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması ilə bağlı qəbul etdiyi qətnamənin əhəmiyyətini qeyd edib. Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Provera Azərbaycan hökumətinin rəsmiləri və parlament üzvləri ilə aparılan qarşılıqlı fikir mübadiləsi və dialoqların artıq mütəmadi xarakter daşıdığını bildirib. O, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-1433.html