Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İran prezidenti M.Əhmədinejat: "BMT TŞ-nin qərarını istifadə olunmuş salfet kimi zibil qutusuna atmaq lazımdır"
10.06.10 17:27

ABŞ prezidenti Barak Obama BMT Təhlükəsizlik Şurasının qərarının Tehrana açıq mesaj olduğunu bəyan edib. KƏLAMİNFO Türikiyə mətbuatına istinadən xəbər verir ki, B.Obama İranla müzakirə qapılarının hələ açıq olduğunu, problemin sülh yolu ilə həlli üçün səylərin davam etdiriləcəyini bildirib. "Bu qərarla İrana açıq bir mesaj verilib. İranın haqlarını tanıyırıq, ancaq bu haqlar məsuliyyət də gətirir",-deyə B.Obama vurğulayıb. ABŞ prezidenti İranın bu dəfə ən geniş sanksiyalarla qarşı-qarşıya qaldığını söyləyib. İran isə qərara sərt reaksiya verib. Ölkə prezidenti Mahmud Əhmədinejat qəradın heç bir dəyərinin olmadığını söyləyib: "Bu qərarı istifadə olunmuş salfet kağızı kimi zibil qutusuna atmaq lazımdır",-deyə o vurğulayıb. İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xaze qətnamə layihəsinin əleyhinə səs verən Türkiyə və Braziliya ilə bitərəf qalan Livana təşəkkür edib. İran xarici işlər naziri Mənuçöhr Mottaki isə qərarın geriyə gediş olduğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1429.html