Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AVCİYA parlament seçkilərilə əlaqədar Xaçmazda tədbir keçirib
10.06.10 03:43

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı ölkədə keçiriləcək parlament seçkilərilə əlaqədar regionlarda fəaliyyətini daha da gücləndirib. Bunula bağlı ilk tədbir AVCİYA-nın Xaçmaz şəhərində yerləşən regional ofisində keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AVCİYA-nın mətbuat xidmətindən veriblər. Tədbirdə AVCİYA Seçki Qərargahının cari ildə regionlarda görəcəyi işlər müzakirə edilib. Seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, AVCİYA bununla bağlı işini üç mərhələdə qurmağı planlaşdırıb. İlk növbədə Assosiasiyanın regional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılması, növbəti mərhələdə regionlarda seçici fəallığının artırılması üçün seminarların keçirilməsi nəzərdə tutulub. Üçüncü mərhələdə isə müşahidəçilər üçün treniqlər keçiriləcək. Tədbrlərin digər regional ofislərdə də keçirilməsi nəzərdə tutulub. Növbəti mərhələdə isə seçki müşahidəçiləri üçün Yaddaş kitabçalarının nəşr olunub yayılması planlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-1428.html