Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ prezidenti Barak Obama ilə Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas arasında görüş keçiriləcək
09.06.10 19:43

Bu gün Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə Fələstin Milli Administrasiyasının (FMA) rəhbəri Mahmud Abbas arasında görüş keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, görüşdə Fələstin və İsrail arasında aparılan danışıqların nəticələri və tərəflərin birbaşa əlaqələrə keçmələri yolları müzakirə ediləcək. M.Abbas “yol xəritəsi” planına və ərəb sülh təşəbbüsünə uyğun olaraq paytaxtı Yerusəlım olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasını danışıqlar prosesinin əsas məqsədi hesab edir. İsrail isə birbaşa danışıqlara hazır olduğunu bildirməklə yanaşı, Yerusəlimin bölünməsinin və 1949-1967-ci illərin sərhədlərinə çəkilməyin əleyhinədir. İndiki danışıqlar çox güman ki, İsrailin Aralıq dənizində “Azadlıq donanması”na hücumu ilə əlaqədar gərgin keçəcək. M.Abbasdan əvvəl Vaşinqtona İsrailin Baş naziri Binyamin Netanyahu səfər etməli idi. Lakin o, “Azadlıq donanması” ətrafında vəziyyətlə əlaqədar səfərini ləğv etməli olub.
URL / WWW
http://kelam.az/article/a-1427.html