Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » G.Baxşəliyeva: “Dövlətin elmin inkişafına göstərdiyi diqqət ailimlərdə böyük ruh yüksəkliyi yaradıb”
09.06.10 19:43

Son zamanlar dövlətin elmin inkişafına göstərdiyi diqqət ailimlərdə böyük ruh yüksəkliyi yaradıb. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva söyləyib. Bu istiqamətdə konkret addımların atıldığını diqqətə çatdıran G.Baxşəliyeva buna Elmin İnkişafı Fondunun yaradılmasını misal gətirib. “Gözləyirik ki, Elmin İnkişafı Fondu bu yaxınlarda konkret layihələr üzrə qranlar elan edəcək. Bu, alimlərdə əlbəttə, böyük ruh yüksəkliyi yaradır”,-deyən G.Baxşəliyeva cəmiyyətdə dolaşan bəzi fikirlərə də münasibət bildirib. “Cəmiyyətdə bəzən belə fikirlər var idi ki, institutları bağlayacaqlar, onları ali təhsil müəssisələrinə verəcəklər. Zaman göstərdi ki, bu söhbətlərin heç bir əsası yoxdur. Bu, sadəcə ara söhbətləri olaraq qaldı”,-deyən G.Baxşəliyeva əlavə edib ki, Azərbaycan elmində mərkəzi idarəetmə orqanı olan Azərbaycan Milli Elmlər Akademiyası böyük rol oynamalıdır. Alimlərin məvacib məsələsinə də baxılacağına ümid etdiyini vurğulayan G.Baxşəliyeva inanır ki, elmi məhsul verən alimlər layiqli məvacib alacaqlar.
URL / WWW
http://kelam.az/article/a-1426.html