Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK: “Cari il üçün Türkiyə universitetlərinə 48 nəfər Azərbaycan vətəndaşı qəbul olunub”
10.06.10 02:43

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ilində dövlət xətti ilə Türkiyə universitetlərində təhsil almaq istəyən Azərbaycan vətəndaşlarından götürülən imtahanların nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Cari il üçün Türkiyə universitetlərinə 48 nəfər Azərbaycan vətəndaşı qəbul olunub. 20 abituriyent türk dilindən müvəffəqiyyətlə imtahan verdiklərinə görə bir illik türk dili kursunda təhsil almadan birbaşa daxil olduqları universitetin birinci kursuna qəbul olunub. 16 abituriyent bir illik türk dili kursunda təhsil aldıqdan sonra daxil olduqları universitetin birinci kursuna qəbul olunacaq. 12 abituriyent isə daxil olduqları universitetin birinci kursuna qəbul olunublar, lakin türk dili üzrə biliklərini qısa zamanda artırmalıdırlar. Türkiyə universitetlərinə qəbul olmuş abituriyentlər lazım olan sənədlərin hazırlanması üçün 10-18 iyun tarixlərində saat 10-dan 13-dək Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoruna müraciət etməlidirlər. İmtahandan keçən abituriyentlərin siyahısı TQDK-nın saytında yerləşdirilib.
URL / WWW
http://kelam.az/article/a-1425.html